Image alternative text, required
TKTA daha bir peşə ixtisası üzrə bacarıq və səriştələrin qiymətləndirilməsini həyata keçirib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.

 

Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq  “Universal Pro” MMC-nin İnsan Resursları və İnzibati şöbəsinin müdiri İlfanə Pənahova, müstəqil ekspert qismində isə satış üzrə mütəxəssis, təlimçi Altay Əliyev cəlb edilib.

 

 ‘HR OPTION” MMC-nin  təşkilati dəstəyi ilə həyata keçirilən nəzəri imtahan mərhələsindən uğurla keçən ərizəçilərin sözügedən peşə ixtisasının “Qeyri-ərzaq mallarının ekspertizası”, “Әrzaq mallarının ekspertizası”, “Ticarət müəssisələrinin avadanlığı”, ”Ticarətdə uçot və hesabat, ticarət hesablamaları”, “İstehsalat təcrübəsi” və “Ticarətin təşkili” ixtisas modulları üzrə bacarıq, səriştə və təcrübələri qiymətləndirilib.

 

Yekunda Agentliyin nümayəndəsinin sədrlik etdiyi Komissiya tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra yüksək nəticə göstərmiş ərizəçilər dövlət nümunəli təhsil sənədi ilə (diplom) təltif ediləcək və “Azərbaycan Supermarket” MMC tərəfindən müvafiq ixtisas üzrə işlə təmin olunacaqlar.