05.11.2021-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə TKTA-nın rəhbər heyəti, əməkdaşları eləcə də, şəhid və qazi övladları iştirak edib.
Tədbiri giriş sözü ilə açan TKTA-nın İnformasiya şöbəsinin müdiri Aytən Quliyeva görüş iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək xüsusi videoçarxı iştirakçılara təqdim edib.
Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Eldar Orucov Vətən müharibəsində əldə olunan qələbənin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandan prezident İlham Əliyevin rəhbərliyi, gücü, dəmir yumruğu ,iradəsi və Azərbaycan əsgərinin əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi sayəsində qazanıldığını bildirib. O, çıxışı zamanı Qarabağda həyata keçirilən yenidənqurma və bərpa işlərinin əhəmiyyətindən danışıb. Tədbirə qonaq qismində qatılan balaca körpə balalara dərin təşəkkürünü bildirib.
Daha sonra şəhid və qazi övladlarından ibarət “Əmanət" xor qrupunun ifasında “Zəfər Balalarının Himni” səsləndirilib.