Image alternative text, required
TKTA CEENQA-ya tam hüquqlu üzv seçilib
Title

13 oktyabr 2021-ci il tarixində Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) Baş Assambleyasının onlayn formatda keçirilən iclasında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) CEENQA-ya tam hüquqlu üzv seçilib.

 

Sözügedən əməkdaşlıq Azərbaycan təhsil sistemininin Avropa Ali Təhsil Bölgəsinə inteqrasiyasına, qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə, ali təhsildə Avropa standartları və təlimatlarına əsaslanan daxili və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə töhvə verəcəkdir. Təşkilata üzvlük nəticəsinə TKTA, həmçinin, üzv qurumlarla təcrübə mübadiləsi aparmaq və illik seminarlarda, ümumi yığıncaqlarda və Avropa layihələrində iştirak haqqı qazanacaq.

 

Qeyd edək ki, CEENQA üzv təşkilatlar arasında fəaliyyətlərinin inkişafı və uyğunlaşdırılması, Mərkəzi və Şərqi Avropada ali təhsilin keyfiyyətinin təmin edilməsi və yaxşılaşdırılması sahəsində əməkdaşlığı təşviq etmək məqsədi ilə qurulmuş qeyri-hökumət və kommersiya təşkilatıdır.