Image alternative text, required
TKTA cari və növbəti ildə akkreditasiyası planlaşdırılan ali təhsil müəssisələri üçün məlumatlandırma günü təşkil edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsinin təşkilatçılığı ilə cari və növbəti ildə akkreditasiyası planlaşdırılan ali təhsil müəssisələri üçün məlumatlandırma günü təşkil edilib.

 

Məlumatlandırma gününün məqsədi cari və növbəti ildə akkreditasiyası planlaşdırılan ali təhsil müəssisələrinə prosesə dair ətraflı məlumat vermək və onların suallarını cavablamaqdan ibarətdir.

 

Təşkil edilən məlumatlandırma sessiyasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov və müvafiq struktur bölmə rəhbərləri, eləcə də 13 ali təhsil müəssisəsindən 40-dan çox inzibati heyət iştirak edib. Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov akkreditasiya prosesinə dair təqdimatla çıxış edib. Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

 

Qeyd etmək istərdik ki, təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir.