Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi Bakı Slavyan Universitetində təlimlərə başlayıb
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Bakı Slavyan Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında Agentliyin Təlim və metodologiya şöbəsinin peşəkar ekspertləri tərəfindən BSU-da təlimlərə start verilib.

 

Təlimlərin əsas məqsədi Bakı Slavyan Universitetinin akademik və inzibati heyətinə daxili keyfiyyət təminatı sisteminin beynəlxalq standartlar əsasında səmərəli təşkili, eləcə də sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsinə dair məlumat verməkdir.

 

Sözügedən təlimlərdə Bakı Slavyan Universitetinin 30 inzibati və akademik heyəti iştirak edir və təlimlərdə iştirak etmiş şəxslər sertifikatlarla təltif olunacaqdır.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək Agentliyin öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.