Image alternative text, required
TKTA Böyük Britaniyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (QAA) təşkilatçılığı ilə keçirilən forumda iştirak edib
Title

16 mart 2023-cü il tarixində Böyük Britaniyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (QAA) təşkilatçılığı ilə Beynəlxalq Tərəfdaşlar Forumu keçirilib.

 

Sözügedən forumda QAA-in tərəfdaşı kimi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova və İdarə Heyətinin üzvü, Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov iştirak edib.

 

Forumun məqsədi dünyanın fərqli ölkələrini təmsil edən ali təhsildə keyfiyyət üzrə mütəxəssis və rəhbər şəxsləri bir araya gətirərək ali təhsildə keyfiyyət təminatı sahəsində görülmüş işlər və yeni hədəfləri, o cümlədən transmilli akkreditasiya sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək olub.