Image alternative text, required
TKTA Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkil etdiyi təlimdə iştirak edir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təşkil olunan “Qeyri-formal və İnformal Təhsilin Tanınması” üzrə 7 həftəlik silsilə təlimlərdə iştirak edir.

 

Belə ki, sözügedən təlimlər çərçivəsində “Qeyri-formal və İnformal Təhsilin Tanınması” uğurla həyata keçirmək: Beynəlxalq təcrübələr” mövzusunda baş tutan vebinarda müxtəlif ölkələrin praktikası və təcrübələri əsasında “Qeyri-formal və İnformal Təhsilin Tanınması” proseduru və  onun tətbiqi imkanları araşdırılıb.

 

Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndəsi Ashwani Aggarwal moderatorluğu ilə baş tutan müzakirədə, BƏT nümayəndəsi Karen Keller, Tanzaniyanın Peşə Təhsili və Tədris Təşkilatının (VETA) baş direktoru Pancras Bujuluİnkişaf etməkdə olan bir ölkədə sıfırdan yüksək uğurlu RPL sisteminin inkişafı” və Peşə Təhsilinin İnkişafı üzrə Avropa Mərkəzinin (CEDEFOP) nümayəndəsi Ernesto Villalba-Garcia “Avropanın inkişaf etmiş ölkələrindən uğurlu nümunələr” mövzusunda təqdimatlar nümayiş etdirib və təlim iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıblar.

 

Qeyd edək ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təşkil olunan silsilə təlimlərin cari ilin mart ayına kimi davam etməsi gözlənilir.