Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Odlar Yurdu Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən Agentlik tərəfindən BDU, ADNSU və OYU-da təlimlərə start verilib.
İmzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Agentliyin Təlim və metodologiya şöbəsi tərəfindən BDU, ADNSU və OYU-da xarici keyfiyyət təminatına dair təlimlər təşkili olunur. Təlimlərin əsas məqsədi BDU, ADNSU, OYU-nun akademik və inzibati heyətinə xarici keyfiyyət təminatına, institusional akkreditasiya üzrə qiymətləndirmə meyarlarına, eləcə də özünütəhlilin aparılması qaydalarına dair geniş məlumatların verilməsidir.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.