Image alternative text, required
TKTA Bakı Texniki Kollecinə təlim xidmətləri göstərəcək
Title

TKTA ilə Azərbaycan Texniki Universiteti nəzdində fəaliyyət göstərən Bakı Texniki Kolleci arasında təlim xidmətinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Bakı Texniki Kollecinin əməkdaşlarına keyfiyyət təminatına dair təlimlərin həyata keçirilməsi nəzərdə tutulur. Təlimlərin əsas məqsədi Kollecin pedaqoji və inzibati heyətinə daxili keyfiyyət təminatı sisteminə dair geniş məlumat verməkdir.

 

Qeyd edək ki, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi digər orta ixtisas təhsili müəssisələrini də müvafiq istiqamətlər üzrə  xidmətlərin göstərilməsi üçün əməkdaşlığa dəvət edir.