TKTA ilə Azərbaycan Texniki Universiteti arasında Universitet tərəfindən qazanılmış qrant layihəsi çərçivəsində monitorinq və qiymətləndirmə xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən TKTA-nın Təlim və metodologiya şöbəsi tərəfindən sözügedən layihənin icrasının gözlənilən nəticələrinin öncədən müəyyən edilmiş meyarlar əsasında monitorinqi və qiymətləndirilməsinin həyata keçirilməsi planlaşdırılır.
Layihənin əsas məqsədi Universitetdə prioritet mühəndislik ixtisasları üzrə, o cümlədən “Kompüter mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”və “Bərpa olunan enerji mənbələri ixtisasları üzrə mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi, akademik mobillik proqramlarından yararlanmaqla müasir dövrün tələblərinə uyğun professor-müəllim heyətinin hazırlığının və elmi-pedaqoji kadr hazırlığının təmin olunması üçün qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi, gələcəkdə dünyada formalaşacaq yeni multidissiplinar ixtisaslara uyğun mütəxəssis hazırlığının qarşılayacaq potensialın formalaşdırılmasıdır.
TKTA tərəfindən göstəriləcək monitorinq və qiymətləndirmə xidmətinin əsas məqsədi, Universitetdə prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyininin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsinə və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılmasına dəstək göstərməkdir.