Image alternative text, required
TKTA Azərbaycan Texniki Universitetində təlim xidmətləri həyata keçirəcək
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Texniki Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb. Sözügedən müqavilədə Azərbaycan Texniki Universitetinin əməkdaşlarına Agentlik tərəfindən Strateji İdarəetmədə Keyfiyyət Təminatı, Daxili Keyfiyyət Təminatı və Xarici Keyfiyyət Təminatı başlıqları altında 11 fərqli mövzuda təlimlərin təşkili nəzərdə tutulur. Təlimlərin peşəkar ekspertlər tərəfindən keçirilməsi və ilkin olaraq onlayn (məsafədən), daha sonra zərurət yarandıqda pandemiya qaydalarına uyğun olaraq oflayn (yerində) təşkili nəzərdə tutulub.  

 

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli, 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş  “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nə əsasən təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqamətlərindən biridir.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi digər ali təhsil müəssisələrini də təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlığa dəvət edir, onlara bu barədə dəstəyini verməyə hazır olduğunu bildirir.