Image alternative text, required
TKTA Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində təlimlər təşkil edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında imzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində Agentliyin Təlim və metodologiya şöbəsi tərəfindən təlimlərə start verilib.

 

Təlimlərin əsas məqsədi Universitetlərin akademik və inzibati heyətinə xarici keyfiyyət təminatına dair məlumat verməkdən ibarətdir. Sözügedən təlimlərdə qeyd olunan Universitetlərin bir sıra inzibati və akademik heyəti iştirak edir. 

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək Agentliyin öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.