Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Kooperasiya Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Sözügedən müqaviləyə əsasən TKTA-nın Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsi tərəfindən AKU-da çalışan tyutorların təlimlərə cəlb olunması planlaşdırılır. Təlimlərin əsas məqsədi AKU-nun daxili keyfiyyət təminatına, eləcə də akademik məsləhətçilərin bilik və səriştələrinin artırılmasına dəstək verməkdən ibarətdir. Təlimlərdə beynəlxalq təcrübəyə və standartlara əsasən tələbəyönlü təhsildə tyutorların vəzifə və öhdəliklərinə dair geniş məlumatın verilməsi və akademik məsləhətçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulur. Qiymətləndirmədən uğurla keçən iştirakçılar müvafiq sertifikatlarla təltif olunacaqlar.