Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan İdman Akademiyası arasında imzalanmış müqavilə əsasında Agentliyin Təlim və metodologiya şöbəsi tərəfindən təlim təşkil edilib. Təlimdə Akademiyanın akademik-pedaqoji və inzibati heyəti iştirak edib. Təlim iştirakçılarına institusional akkreditasiya zamanı Özünütəhlil Hesabatının hazırlanma prosesi, hesabatın tərtibi qaydaları və ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarlarına dair geniş məlumat verilib. Təlim Agentliyin Təlim və metodologiya şöbəsinin əməkdaşı Vəfadar Rizvanlı və müstəqil təlimçi Şəlalə Mahmudova tərəfindən keçirilib.
Qeyd edək ki, TKTA-nın Nizamnaməsinə əsasən təhsil müəssisələrində daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlərin təşkili Agentliyin fəaliyyət istiqamətlərindən biridir.