Image alternative text, required
TKTA Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təlim xidmətləri göstərəcək
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialın arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı əməkdaşlarına Daxili Keyfiyyət Təminatı, Xarici Keyfiyyət Təminatı və Strateji İdarəetmədə Keyfiyyət Təminatına dair bir sıra təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Təlimlərin əsas məqsədi akademik və inzibati heyətə Daxili Keyfiyyət Təminatı, Xarici Keyfiyyət Təminatı və Strateji İdarəetmədə Keyfiyyət Təminatına dair, eləcə də daxili monitorinq sisteminin qurulmasına dair geniş məlumat verməkdir.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli, 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nə əsasən təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi digər Ali Təhsil Müəssisələrini və regional filiallarını də müvafiq istiqamətlər üzrə təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlığa dəvət edir.