Image alternative text, required
TKTA avtomobil təmiri ustalarının bacarıq və səriştələrinin qiymətləndirilməsini həyata keçirib
Title

28 fevral tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Avtomobillərin təmiri çilingəri” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla bilik, bacarıq, səriştə və təcrübə əldə etmiş vətəndaşların praktiki bacarıqları qiymətləndirilib. 

 

Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq “Diamond Motors” MMC-nin nümayəndəsi Ziya Nəsirov, ekspert qismində isə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Müsəssisəsinin müəllimləri Elvar Baxşiyev və Tural Göyüşov cəlb edilib.

 

Ərizəçilər sözügedən peşə ixtisasının “Avtomobil şassilәrinә texniki xidmәt vә tәmiri”, “Çilingәr işlәrinin texnoloji prossesi ” modulları üzrə bacarıq və səriştələrini nümayiş etdirib.

 

Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə “Avtomobillərin təmiri çilingəri” peşə ixtisasının müvafiq modulları üzrə Sertifikat təqdim olunacaq.
 
Qeyd edək ki, sözügedən imtahan “Toyota Abşeron Center” MMC-nin istehsalat bazasında həyata keçirilib.