Image alternative text, required
TKTA “Avropa Ali Təhsil Məkanında Tanınma” adlı regional konfransda iştirak edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tanınma üzrə ekspert qrupu “Avropa Ali Təhsil Məkanında Tanınma” adlı onlayn konfransda iştirak edib.

 

Sözügedən konfransın birinci hissəsi Avropa Ali Təhsil Məkanında (AATM) şəffaf tanınma prosedurları ilə bağlı tanınma üzrə məsul ekspertlərdən və maraqlı tərəflərdən ibarət panel müzakirələrindən, ikinci hissəsi isə təcrübə mübadiləsindən və həmçinin Bolonya prosesi çərçivəsində həyata keçirilən oxşar layihələrin müzakirəsindən ibarət olub.

 

Konfransda Lissabon Tanınma Konvensiyasının əsas prinsipləri, kvalifikasiyaların tanınması ilə bağlı ali təhsil müəssisələri arasında məlumat mübadiləsi, keyfiyyətli təhsil, təhsildə şəffaflıq, həmçinin nəzəriyyədə və praktikada əhəmiyyətli fərqlərin tətbiqi və AATM-də tələbələr üçün kvalifikasiyaların akademik tanınması ilə bağlı qızıl qaydalar iştirakçıların diqqətinə çatdırılıb.

   

 Əlavə olaraq, qaçqın və məcburi köçkünlərin əldə etdiyi kvalifikasiyaların tanınması prosesində şəffaf və ədalətli tanınmanın tətbiq olunması ilə bağlı həm ali təhsil müəssisələrinin, həm də Milli Məlumat Mərkəzlərinin nümayəndələri öz mövqelərini diqqətə çatdırıblar.

 

Qeyd edək ki, TKTA-nın tanınma üzrə ekspert qrupu onlayn konfransdan faydalı məlumatlar əldə etməklə yanaşı müzakirələrdə aktiv iştirak edərək, Avropa ölkələrinin təcrübəsi ilə yaxından tanış olub.