Image alternative text, required
TKTA ATMU-da xarici keyfiyyət təminatı üzrə təlimlər təşkil edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə  Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) arasında təlim sahəsində xidmətlərin göstərilməsi ilə bağlı imzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində cari ilin oktyabr ayında TKTA-nın Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsi tərəfindən universitetin inzibati struktur rəhbərləri və heyət üzvləri üçün xarici keyfiyyət təminatına dair təlimlər təşkil edilib. Təlimlər müqaviləyə uyğun olaraq “Ali təhsil müəssisələrinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları” və “İnstitusional akkreditasiya zamanı özünütəhlilin aparılması və hesabatın tərtibi qaydaları” adlı mövzuları əhatə edib.

 

Təşkil edilən təlimlər zamanı ATMU-nun inzibati struktur rəhbərlərinə və heyət üzvlərinə institusional akkreditasiya çərçivəsi və “Ali təhsil müəssisələrinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları”na uyğun olaraq istiqamət, meyar və indikatorlarla bağlı nümunələr və istinadlar gətirilərək geniş izahlar verilib və müvafiq olaraq heyət üzvlərinin sualları cavablandırılıb.

 

Eyni zamanda, ATMU-nun “akkreditasiyanın keçirilməsinə dair təşkilat komissiyası”nın üzvləri üçün “İnstitusional akkreditasiya zamanı özünütəhlilin aparılması və hesabatın tərtibi qaydaları” mövzusuna uyğun olaraq hesabatın tərtibinə qoyulan tələblər, qiymətləndirmədən öncə, qiymətləndirmə və qiymətləndirmədən sonrakı addımlarla bağlı təfsilatlı izahatlar verilib və müvafiq nümunələr gətirilib.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.