Image alternative text, required
TKTA ATM-lərin keyfiyyət təminatından məsul şəxsləri ilə görüşüb
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin daxili keyfiyyət təminatından məsul struktur və şəxslərin iştirakı ilə görüş keçirilib. Azərbaycan Texniki Universitetində keçirilən görüşdə 35 müxtəlif ali təhsil müəssisinin müvafiq struktur bölmə rəhbərləri və məsul şəxslər iştirak edib. Görüşün əsas məqsədi ali təhsil müəssislərinin daxili keyfiyyət təminatı sisteminin qurulması sahəsindəki təcrübələrinin təkmilləşdirilməsi və artıq formalaşmaqda olan daxili keyfiyyət təminatı strukturlarına (bölmələrinə) dəstəyin təmin olunmasıdır.

 

“Keyfiyyət təminatı” adlı bu görüşün əvvəlində Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli görüş iştirakçılarını salamlayıb.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və Metodologiya şöbəsinin müdiri Asiman İlyasov, Akkreditasiya və Lisenziya şöbəsinin şöbə müdiri vəzifələrini müvəqqəti icra edən baş məsləhətçi Elmar Mustafayev görüş iştirakçılarını təhsildə daxili və xarici keyfiyyət təminatı, eləcə də bu sahədə respublikamızda tətbiq olunan yerli qanunvericilik və beynəlxalq standartlarla tanış ediblər.

 

Beləliklə, təhsil və təlim müəssisələrində keyfiyyətin daxili təminatı sisteminin yaradılması, tədrisin keyfiyyətin qiymətləndirilməsi üçün belə görüşlərin hər 3 aydan bir fərqli universitetlərdə keçiriləcəyi bildirilib.