Image alternative text, required
TKTA “Aşpaz” peşə ixtisası üzrə qiymətləndirmə həyata keçirir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Aşpaz” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla bilik, bacarıq, səriştə və təcrübə əldə etmiş vətəndaşlar üçün test imtahanı təşkil olunub.

 

Sözügedən imtahanda iştirak etmək üçün paytaxtla yanaşı, digər regionlarda da  bu sahə üzrə fəaliyyət göstərən vətəndaşlar müraciət ediblər.

 

Biliyin qiymətləndirilməsi mərhələsində yüksək nəticə göstərmiş ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsi olan praktiki imtahanda iştirak etmək hüququ əldə edəcəklər. Beləliklə, yekunda uğurlu nəticə əldə edən ərizəçilərə “Aşpaz” peşə ixtisası üzrə təhsil sənədi təqdim olunacaq.