Image alternative text, required
TKTA “Aşpaz” ixtisası üzrə bacarıq və səriştələrin qiymətləndirilməsini həyata keçirib
Title

 

9-10 dekabr, 2021-ci il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Lənkəran şəhərində “Aşpaz” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla bilik, bacarıq, səriştə və təcrübə əldə etmiş vətəndaşlar üçün praktiki imtahan həyata keçirilib.

 

Belə ki, ərizəçilər sözügedən peşə ixtisasının “İş şəraitində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydaları”, “Qida təhlükəsizliyi”, “İaşə müəssisələrində istehsalın təşkili və iaşə müəssisələrinin avadanlığı”, “Ərzaq və qeyri-ərzaq məhsullarının kalkulyasiyası”, “İaşə məhsullarının istehsal texnologiyası” və “İstehsalat təcrübəsi” modulları üzrə bacarıq və səriştələrini nümayiş etdirib.

 

Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq “Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosasiyası”nın İdarə Heyətinin üzvü Vüsal Talıbzadə cəlb olunub.

 

Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə “Aşpaz” peşə ixtisası üzrə təhsil sənədi təqdim olunacaq.

 

Qeyd edək ki, sözügedən imtahan “Lankaran Springs Wellness Resort” otelində həyata keçirilib.