Image alternative text, required
TKTA AƏSMA, ADU və ATU-da təlimlər təşkil edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında təlim sahəsində xidmətlərin göstərilməsi ilə bağlı imzalanmış əməkdaşlıq müqavilələri əsasında Agentliyin Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsi tərəfindən AƏSMA, ADU və ATU-da akademik və inzibati heyət xarici keyfiyyət təminatına dair təlimlərə cəlb olunub. 

 

Xarici keyfiyyət təminatına dair təlimlərdə iştirakçılara təhsil müəssisələrinin akkreditasiyası qaydaları, ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarlarına dair geniş məlumat verilib.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.