Image alternative text, required
TKTA ADU, ATU və AƏSMA-ya təlim xidmətləri göstərəcək
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqavilələri imzalanmışdır. İmzalanmış əməkdaşlıq müqavilələrinə əsasən Agentlik tərəfindən ADU, ATU və AƏSMA-da təlimlərə start verilib.

 

Əməkdaşlıq müqavilələri çərçivəsində Agentliyin Keyfiyyət təminatı departamenti Təlim və metodologiya şöbəsi tərəfindən qeyd olunan ali təhsil müəssisələrində xarici keyfiyyət təminatına dair təlimlər təşkil olunacaqdır. Təlimlərin əsas məqsədi ADU, ATU və AƏSMA-nın akademik və inzibati heyətinə ali təhsil müəssisələrinin xarici keyfiyyət təminatı qaydalarına və qiymətləndirmə meyarlarına dair geniş məlumatların verilməsidir.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.