Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetin Şəki filialı arasında təlim xidmətlərinin göstərilməsinə dair imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Agentliyin Təlim və metodologiya şöbəsinin peşəkar eksperti tərəfindən Filialda təlimər təşkil olunub.
Təlimin əsas məqsədi ADPU Şəki filialının akademik və inzibati heyətinə daxili keyfiyyət təminatı sisteminin səmərəli təşkilinə dair geniş məlumat verməkdən, eləcə də müvafiq istiqamət üzrə atılması gərəkən addımlara dair Filial əməkdaşları ilə müzakirələr aparmaqdan ibarətdir. Təlimdə təlimçi qismində Agentliyin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov iştirak edib.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək, eləcə də metodoloji dəstək xidmətləri göstərmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.