Image alternative text, required
TKTA ADPU-nun Şəki filialında təlimlər təşkil edib
Title

   Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı arasında təlim sahəsində xidmətlərin göstərilməsinə dair imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində universitetin inzibati struktur rəhbərləri və akademik heyət üzvləri üçün proqram akkreditasiyası meyarlarına həsr olunmuş təlim təşkil edilib.

   Təlim zamanı proqram akkreditasiyası prosesinin çərçivəsi, akkreditasiya meyar və indikatorları müzakirə olunub, eləcə də heyət üzvlərinin proqram akkreditasiyasına dair sualları cavablandırılıb.