Image alternative text, required
TKTA ADPU-nun Şəki filialına təlim xidmətləri göstərəcək
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə əsasən Agentliyin Təlim və metodologiya şöbəsinin peşəkar ekspertləri tərəfindən təlim xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur. 

 

Təlimlərin əsas məqsədi ADPU-nun Şəki filialının inzibati və akademik heyətinə səmərəli daxili keyfiyyət təminatı sisteminin qurulması ilə bağlı dəstək verməkdir.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək, eləcə də metodoloji dəstək xidmətləri göstərmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.