Image alternative text, required
TKTA ADNSU-da Tyutorların sertifikatlaşdırılması prosesinə start verdi
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında tyutorlara (akademik məsləhətçilərə) təlim xidmətlərinin göstərilməsinə və onların sertifikatlaşdırılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Sözügedən müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən ADNSU-da çalışan tyutorlara beynəlxalq təcrübəyə və standartlara əsasən tələbəyönlü təhsildə tyutorların vəzifə və öhdəliklərinə dair məlumatların verilməsi nəzərdə tutulur. Təlimin əsas məqsədi ADNSU-nun daxili keyfiyyət təminatına, eləcə də tytorların səriştələrinin artırılmasına dəstək verməkdən ibarətdir.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.