Image alternative text, required
TKTA ilə Gürcüstanın Təhsilin Keyfiyyətinin Artırılması üzrə Milli Mərkəzi (NCEQE) arasında əməkdaşlığa dair memorandum imzalanıb
Title

Türkiyə Respublikasının  İstanbul şəhərində  Mərkəzi və Şərqi Avropa Ölkələrinin Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin (CEENQA) təşkilatçılığı ilə keçirilən “Keyfiyyət təminatı agentliklərinin müstəqilliyi” mövzusuna həsr olunmuş seminar çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Gürcüstanın Təhsilin Keyfiyyətinin Artırılması üzrə Milli Mərkəzi (NCEQE) arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Memorandumun imzalanmasında əsas məqsəd iki qurum arasında ali və peşə təhsili üzrə keyfiyyət təminatı sahəsində qarşılıqlı təcrübə mübadiləsi və beynəlxalq layihələrdə birgə tərəfdaşlıq imkanlarının inkişaf etdirilməsidir.