Image alternative text, required
TKTA ADBTİA-ya təlim xidmətləri göstərəcək
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə əsasən Agentliyin Təlim və metodologiya şöbəsinin peşəkar ekspertləri tərəfindən ADBTİA-da təlim xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

 

Təlimlərin əsas məqsədi ADBTİA-nın akademik və inzibati heyətinə daxili keyfiyyət təminatı sisteminin səmərəli təşkili, eləcə də sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsinə dair məlumat verməkdir.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək, eləcə də metodoloji dəstək xidmətləri göstərmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.