Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Agentliyin Təlim və metodologiya şöbəsi tərəfindən ADBTİA-da çalışan tyutorlar təlimlərə cəlb olunub.
Təlimin əsas məqsədi Akademiyada çalışan tyutorlara beynəlxalq təcrübəyə və standartlara əsasən tələbəyönlü təhsildə tyutorların vəzifə və öhdəliklərinə dair məlumatların verilməsi olmuşdur. Tyutorların qatıldığı təlimlər 2 gün davam etmiş və daha sonra tyutorların təlim müddətində əldə etdiyi bilik və bacarıqlar qiymətləndirilmişdir. Qiymətləndirilmənin nəticələri əsasında iştirakçıların sertifikatlarla təltif edilməsi planlaşdırılır.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək Agentliyin Nizamnaməsinə əsasən onun əsas fəaliyyət istiqamətlərindən biridir.