Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Tikiş avandanlıqlarının operatoru, tikişçi” peşə ixtisası üzrə fəaliyyət göstərən lakin peşəsi üzrə təhsil sənədi olmayan vətəndaşların nəzəri biliklərinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.
Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq "LEYACOUTURE" moda evinin təsisiçisi, modelyer və dizayneri, eyni zamanda “Dably" MMC "DABLY BAKU" yerli brendin təsisçisi və kreativ dizayneri Leyli Zalova, ekspert qismində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Fərzəliyev Anar cəlb edilib.
İlkin mərhələdə yüksək nəticə göstərən ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə “Tikiş avandanlıqlarının operatoru, tikişçi” peşə ixtisası üzrə sertifikatlar təqdim olunacaqdır.