Image alternative text, required
“THE 2024 impakt” reytinqinə hazırlıq prosesi barədə Azərbaycan ali təhsil müəssisələri üçün onlayn təlim keçirilib
Title

13 sentyabr 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) nümayəndələri tərəfindən “THE 2024 impakt” reytinqinə hazırlıq prosesi barədə Azərbaycan ali təhsil müəssisələri üçün onlayn təlim keçirilib.

 

THE impakt” reytinqində ali təhsil müəssisələrinin fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədinə uyğun olaraq qiymətləndirilir.

 

Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova ali təhsil müəssisələrinin qlobal reytinqlərdə iştirakının müasir dövrdə beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində əhəmiyyətini vurğulayıb və bütün ali təhsil müəssisələrini sözügedən prosesdə aktiv iştiraka dəvət edib.

 

Təlimin məqsədi “THE 2024 impakt” reytinqində iştirak, metodologiya, tələb olunan məlumatlar və digər müvafiq mövzular barədə Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul əməkdaşlarını məlumatlandırmaqdır.

 

Qeyd edək ki, onlayn təlimdə 35-dən çox ali təhsil müəssisəsindən 100-dən artıq əməkdaş iştirak edib.

 

Qeyd edək ki,  sentyabr ayının  18-dən etibarən  noyabrın 10-na qədər “THE 2024 impakt” reytinqində iştirak məqsədilə ali təhsil müəssisələri üçün qeydiyyat prosesi davam edəcəkdir.