Image alternative text, required
TKTA beynəlxalq konfransda təmsil olunub
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru Aysel Kərimli 20 fevral, 2023-cü il tarixində  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının London şəhərində təşkil olunmuş ”Qlobal Təhsildə Dəyişən Balans” adlı beynəlxalq konfransda ölkəmizi təmsil edib.

 

Qeyd etmək istərdik ki, Böyük Britaniya və Şimali İrlandiya Krallığının Tanınma üzrə Milli Məlumat Mərkəzinin təşkilatçılığı və ev sahibliyi ilə baş tutmuş konfransda kvalifikasiyaların tanınması üzrə ixtisaslaşmış müxtəlif təşkilatların və ali təhsil müəssisələrinin 500-dən çox nümayəndəsi iştirak edib.

 

Beynəlxalq Konfransın gündəliyinə uyğun olaraq, ömürboyu təhsil konsepsiyasında yeniliklər, ali təhsil sistemində post-pandemiya dövründə yaranmış yeni reallıqlar və bu istiqamətdə qlobal təhsil səfərbərliyinin gələcəyi ilə bağlı ümumi müzakirələr aparılıb.

 

Həmçinin, xarici ali təhsil kvalifikasiyalarının tanınması mövzusunda aktual məsələlərdən sayılan qarşılıqlı tanınma, bu sahəsindəki beynəlxalq konvensiyalar və yanaşmalar, habelə, təhsil sənədlərinin həqiqiliyinin və keyfiyyətinin yoxlanılıması üzrə məqamlara toxunulmuş, əlaqəli mövzularda çoxsaylı panel müzakirələr təşkil edilib.