Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri YUNESKO-nun təşkil etdiyi vebinarda iştirak edib
Title

27 sentyabr 2023-cü il tarixində YUNESKO-nun “Ömürboyu Təhsil və Kvalifikasiyaların Tanınması vasitəsilə yaranan imkanlar” mövzusunda onlayn vebinar baş tutub.

 

TKTA nümayəndələrinin də iştirak etdiyi vebinarda Avropa Peşə Tədrisi İnkişafı Mərkəzi, Avropa Təlim Fondu və YUNESKO-nun Ömürboyu Təhsil İnstitutunun ekspertləri “Milli və Regional Kvalifikasiyalar Çərçivəsinin Qlobal İnventarlaşdırılması”, “Ömürboyu Təhsilin Tanınması” kimi mövzularda çıxış edib və  bu sahədə YUNESKO-nun son nəşrlərinin nəticələri paylaşılıb. 

 

Eyni zamanda vebinar iştirakçılarına Regional və Milli Kvalifikasiya Sistemləri ilə bağlı  fikir mübadiləsi aparmaq imkanı verilib və qeyri-formal təhsilin tanınması sahəsinin inkişaf etdirilməsi üçün beynəlxalq təcrübələr və üsullar müzakirə edilib. 

 

Vebinarın yekununda mövzuya dair iştirakçıların sualları cavablandırılıb, müxtəlif dövlətlərin bu sahədə təcrübələri paylaşılıb və tövsiyyələr səsləndirilib.

 

Qeyd edək ki, YUNESKO tərəfindən  kvalifikasiyaların tanınması mövzusunda təşkil olunan vebinar və təlimlərin davam etməsi gözlənilir.