Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndə heyəti qeyri-formal və informal təhsilin tanınması ilə bağlı Göyçay şəhərinə səfər edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndə heyəti qeyri-formal və informal təhsilin tanınması ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə Göyçay şəhərinə səfər edib. Tədbirdə Yeni Azərbaycan Partiyası Göyçay şəhər təşkilatının sədr müavini Laçın İsmayılov, Göyçay Peşə hazırlıq mərkəzinin direktoru Əzizağa Atakişiyev, Göyçay KOB dostu Rahim Məmmədov və Göyçay şəhərində fəaliyyət göstərən sahibkarlar, işəgötürən nümayəndələr eləcə də, prosesdə maraqlı olan vətəndaşlar iştirak ediblər.

 

Tədbir zamanı Agentliyin nümayəndələri peşə təhsilinin ölkəmizdəki cari vəziyyəti, eləcə də formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan Sənətin varsa, sənədin olacaq layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıblar. Tədbirin gedişatında “Sənətin varsa Sənədin olacaq” layihəsində iştirak etmiş vətəndaşların “Uğur hekayələri” də nümayiş olunub.

 

Tədbirdə iştirak edən nümayəndələr layihənin əhatə dairəsinin daha da genişləndirilməsinə və nəticədə cəmiyyətin yararlanmasına dəstək olacaqlarını bildiriblər.

 

Yekunda vətəndaşları maraqlandıran suallar nümayəndələr tərəfindən cavablandırılıb.