Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndə heyəti qeyri-formal və informal təhsilin tanınması ilə bağlı Gəncə şəhərinə səfər edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndə heyəti qeyri-formal və informal təhsilin tanınması ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə Gəncə şəhərinə səfər edib. Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, Gəncə şəhərində fəaliyyət göstərən sahibkarlar, işəgötürən nümayəndələr və eləcə də, prosesdə maraqlı olan vətəndaşlar iştirak ediblər.

 

Agentliyin nümayəndələri peşə təhsilinin ölkəmizdəki cari vəziyyəti, eləcə də formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan Sənətin varsa, sənədin olacaq layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıblar. 

 

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov layihənin insan kapitalının inkişafına xüsusi töhfə verəcəyinə inandığını vurğulayaraq, layihənin əhatə dairəsinin daha da genişləndirilməsinə və nəticədə cəmiyyətin yararlanmasına dəstək olacağını bildirib.

 

Yekunda vətəndaşları maraqlandıran suallar nümayəndələr tərəfindən cavablandırılıb.