Image alternative text, required
“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təlim keçirilib
Title

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, “IBF International Consulting“in Təhsildə Keyfiyyət Təminatı Agentliyinə dəstək məqsədilə icra etdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində “Orta İxtisas Təhsili Müəssisələrinin Akkreditasiyası” mövzusunda təlim keçirilib.

 

Azərbaycan Dövlət Pedaqoji Kollecinin keyfiyyət təminatı və təhsil şöbələrinin  əməkdaşları üçün təşkil olunmuş təlim beynəlxalq ekspert Dr. Akim Hopbax tərəfindən keçirilib. Təlimdə orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası, akkreditasiyanın meyar və prosedurları, özünütəhlil hesabatının hazırlanması haqqında məlumat verilib və sual-cavab sessiyası keçirilib. 

 

Qeyd etmək lazımdır ki, layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və  keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.