Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov “Maarifçi” tələbə–məzun təcrübə proqramının iştirakçıları ilə görüş keçirib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov “Maarifçi” tələbə–məzun təcrübə proqramının iştirakçıları ilə görüş keçirib.
İdarə Heyətinin sədri “Maarifçi”ləri salamlayaraq, proqramın gənclərə geniş təcrübə qazanmaq imkanı yaratdığını bildirib və bu təşəbbüsün əhəmiyyəti haqqında məlumat verib. Tural Əhmədov qeyd edib ki, proqram çərçivəsində əldə edilən təcrübə iştirakçıların peşəkar kadr kimi formalaşmasında mühüm rol oynayır.
Daha sonra o, karyera planlaması və yaxşı mütəxəssis olmaq üçün vacib şərtlər barədə danışaraq öz tövsiyələrini verib.
Görüşdə çıxış edən “Maarifçi”lər gənclərə belə bir fürsət yaradıldığı üçün təşəkkürlərini bildiriblər və proqramın üstünlüklərini vurğulayıblar.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Maarifçi” tələbə–məzun təcrübə proqramının II mərhələsində 37 nəfər iştirak hüququ qazanıb. Üç ay davam edən proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi, onun tabeliyindəki qurumlar, eləcə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçiblər.