Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşı beynəlxalq təşkilatın İdarə Heyətinə üzv seçilib
Title

   Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Xarici kvalifikasiyaların tanınması şöbəsinin müdiri Peyman Almasov Beynəlxalq Kvalifikasiyaları Qiymətləndirmə Mütəxəssisləri Assosiasiyasının (TAICEP) Resursların və Biliyin İdarə olunması Komitəsinin rəhbəri təyin olunub.

   Əsası 2013-cü ildə qoyulmuş Assosiasiya kvalifikasiya və peşə tanınması sahəsində beynəlxalq standartların formalaşmasını və inkişaf etdirilməsini, kvalifikasiyaların tanınması zamanı tətbiq olunan metodologiyaların və uğurlu təcrübələrin müəyyən olunaraq üzv ölkələr arasında təşviq edilməsini və təhsil sahəsində fəaliyyət göstərən bütün təsisatlarla işgüzar əlaqələrin qurulmasını təşkil edir.

    Agentlik 2022-ci ildən etibarən sözügedən Assosiasiyanın üzvüdür.