Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyində mediatur təşkil edilib
Title

Bu gün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədrinin media nümayəndələri ilə 2023-cü ildə görülən işlər,  2024-cü il üzrə nəzərdə tutulan fəaliyyətə dair hesabat görüşü keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov TKTA-nın fəaliyyət istiqamatləri barədə ətraflı çıxış edərək, 2023-cü il ərzində ümumilikdə 13 ali təhsil müəssisəsində akkreditasiyanın, 7021 müraciət üzrə xaricdə əldə olunan ali təhsil kvalifikasiyalarının ekspertizasının, həmçinin qeyri-formal və informal təhsil sahəsində tanınmanın həyata keçirildiyini bildirib. O qeyd edib ki, 5868 müraciət üzrə müsbət, 1153 müraciət üzrə mənfi rəy verilib. Müraciətlərə ortalama baxılma müddəti 12 iş günü olub.

Cari ildə isə 11 ali təhsil müəssisəsinin institusional akkreditasiyası, 14 proqram akkreditasiyasının keçiriləcəyini  qeyd edən İdarə heyətinin sədri həmçinin, cari ildə peşə təhsil müəssisələrinin akkreditasiya meyarlarının təsdiqini və 5 peşə təhsil müəssisəsinin akkreditasiya qiymətləndirməsinin də nəzərdə tutulduğunu vurğulayıb. Qeyri formal və informal təhsilin tanınması istiqamətində 5 yeni peşə ixtisasının əlavə olunduğunu qeyd edib.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.