Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri arasında görüş keçirilib
Title

Tədbiri giriş nitqi ilə açan Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov Qarabağ və Şərqi Zəngəzura qayıdacaq keçmiş məcburi köçkünlərin yeni yaşayış şəraitinə uyğunlaşması, məşğulluğu və iqtisadi fəaliyyətə inteqrasiyasının prioritet olduğunu vurğulayıb. Bu istiqamətdə Dövlət Komitəsi tərəfindən müxtəlif proqramların həyata keçirilirdiyini, peşə hazırlığı kursları və məşğulluğa dəstək tədbirlərinin təşkil olunduğunu qeyd edib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Hüquq Təminatı Departamentinin rəhbəri Vüqar Bağırlı Qeyri-formal və informal təhsilin tanınmasının əmək bazarına çıxış üçün xüsusi əhəmiyyətini vurğulayaraq, işğaldan azad olunmuş ərazilərdə məskunlaşan şəxslərin bu prosesə cəlb edilməsinin vacibliyini qeyd edib. O, həmçinin peşə tanınması istiqamətində TKTA-nın təqdim etdiyi sənədlərin vətəndaşların məşğulluq imkanlarının genişlənməsinə müsbət təsirini diqqətə çatdırıb.

TKTA-nın Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Mansur Rəhimli təqdimatla çıxış edərək, formal təhsil almaq imkanı olmayan, lakin müxtəlif yollarla peşə bacarıqları əldə edən şəxslərin peşə ixtisasının tanınmasının əhəmiyyətini vurğulayıb və bu prosesə keçmiş məcburi köçkünlərin cəlb olunmasının vacibliyini qeyd edib