Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Medianın İnkişafı Agentliyi birgə təlim keçirib
Title

9 aprel tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi və  Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün STEAM İnnovasiya Mərkəzində təlim təşkil olunub.   

Təlimin keçirilməsində əsas məqsəd media nümayəndələrinin müvafiq sahə üzrə görülən işlər barədə məlumatlandırılması, qarşılıqlı kommunikasiyanın səmərəli qurulması, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqamətləri barədə informasiyanın ötürülməsində effektiv yanaşmanın tətbiqi, bu sahədə ixtisaslaşmanın həyata keçirilməsinə dəstək göstərilməsidir.

Açılış mərasimində çıxış edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov Agentliyin mandatına uyğun fəaliyyət istiqamətləri ilə əlaqədar media ilə səmərəli işin gücləndirilməsinin önəmini qeyd edərək cəmiyyətin adekvat şəkildə məlumatlandırılması məqsədilə keçirilən təlimin vacibliyini qeyd edib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini  Natiq  Məmmədli media sahəsində aparılan fəaliyyətdən danışaraq bildirib ki, müasir dövrdə media cəmiyyətin inkişafında, maariflənməsində, ictimai rəyin və ümumi dünyagörüşünün formalaşmasında mühüm rol oynayır, bu baxımdan  qurumlar, media və cəmiyyət arasında düzgün informasiya dövriyyəsinin təşkil edilməsi xüsusi əhəmiyyət daşıyır.

Daha sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin  nümayəndələri “Kvalifikasiyaların tanınması”  və “Ali təhsildə keyfiyyət təminatı”  mövzularında təqdimatlarla çıxış edib. 

Təlim-seminar çərçivəsində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.