Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Marsol Group arasında görüş baş tutub
Title

2 aprel tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Marsol Group arasında görüş həyata keçirilib.

Görüş zamanı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov əməkdaşlıq çərçivəsində tərəflərin müvafiq sahədə fəaliyyət göstərən qeyri-formal və informal təhsilli şəxslərin bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi və tanınması istiqamətində birgə həyata keçirə biləcəyi tədbirlər və layihələr haqqında məlumat verib. Qeyri-formal və informal təhsilin tanınmasının əmək bazarının tələbələrinə uyğun ixtisaslı kadrların hazırlanmasında və özəl sektorun inkişafında önəmliliyindən bəhs edilib. Birgə əməkdaşlıq çərçivəsində əmək bazarından ixtisaslı kadrların qeyri-formal və informal təhsillin tanınması prosesinə cəlb edilməsi, imtahan prosesində təşkilati dəstəyin göstərilməsi dövlət – özəl tərəfdaşlığının gücləndirilməsinə kömək olacağını vurğulanıb.

Marsol Group-un təsisçisi Tural Mustafayev də "Marsol Development Center"in həyata keçirdiyi “Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində baş tutan fəaliyyətlər və dərslər haqqında məlumat verib. Əməkdaşlığın “Təhsildən biznesə: tələbələr üçün karyera yolu” kimi layihələrin daha effektiv istiqamətləndirilməsi və təhsil keyfiyyətinin yüksəldilməsinə vasitəçi olacağı, birgə əməkdaşlığın gənclərin uğurlu karyera yolunda öz potensiallarını üzə çıxarmasına kömək olacağı vurğulanıb.

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi müxtəlif sektorlarından olan müəssisələrlə əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edir.