Təhsildə Keyfiyyət Təminatı Agentliyi və “KULANE” MMC arasında qeyri-formal və informal təhsilin tanınması istiqamətində əməkdaşlıq müqaviləsi imzalanıb.
Əməkdaşlıq çərçivəsində bir sıra peşə ixtisasları üzrə praktiki imtahanlar müəssisənin istehsalat bazasında təşkil olunacaq.
Belə ki, əməkdaşlığın əsas məqsədi müvafiq imtahanlar zamanı “KULANE” MMC tərəfindən istehsalat sahəsinin ayrılması, həmçinin zəruri alət, material və avadanlıqların təmin edilməsidir.
Onu da qeyd edək ki, müəssisənin müvafiq ixtisaslar üzrə fəaliyyət göstərən beynəlxalq sertifikatlı peşəkar mütəxəssislərinin də imtahan prosesinə ekspert qismində cəlb olunması nəzərdə tutulur.
İkitərəfli əməkdaşlıq nəticəsində Agentlik tərəfindən keçirilən praktiki imtahanlar zamanı “KULANE” MMC prosesə texniki dəstək göstərməklə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşların təhsil sənədi əldə etməsinə, ümumilikdə cəmiyyətin bu prosesdən faydalanmasına dəstək olacaqdır.