Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi və İqtisadi Zonaların İnkişafı Agentliyi birlikdə qiymətləndirmə həyata keçirib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşəbbüsü İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) nəzdində Peşə Təhsil Mərkəzinin  təşkilati dəstəyi ilə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssi” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş  bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib.

Daha öncə bilikləri qiymətləndirilərək nəzəri imtahandan uğurla keçən ərizəçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən praktiki imtahan İZİA-nın Peşə Təhsil Mərkəzində təşkil edilib.

Qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilərə “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis” peşə ixtisasını təsdiq edən sənəd təqdim ediləcəkdir.

Qeyd edək ki, qiymətləndirmədə iştirak edən ərizəçilər bu sahədə uzun müddət fəaliyyət göstərən şəxslərdir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sənəd həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.