Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Gənc Mühasiblər İctimai Birliyi arasında qeyri-formal və informal təhsilin tanınması istiqamətində əməkdaşlığa başlanılıb
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Gənc Mühasiblər İctimai Birliyi arasında qeyri-formal və informal təhsilin tanınması istiqamətində əməkdaşlığa başlanılıb.

 

Əməkdaşlığın əsas məqsədi Agentlik tərəfindən qeyri-formal və informal yollarla əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə keçirilən imtahanlar üçün istehsalat sahəsinin ayrılması, həmçinin zəruri alət, material və avadanlıqların təmin edilməsidir.

 

Agentlik tərəfindən keçirilən praktiki imtahanlar zamanı “Gənc Mühasiblər” İB prosesə dəstək göstərməklə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşların təhsil sənədi əldə etməsinə, ümumilikdə cəmiyyətin bu prosesdən faydalanmasına dəstək olacaqdır.