Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi və “Bravo” supermarketi arasında əməkdaşlığa dair müqavilə imzalanıb
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə “Azərbaycan Supermarket” MMC arasında peşəkar kadrların əmək bazarına çıxış imkanlarını genişləndirmək istiqamətində əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Tərəflər arasında əldə olunan qarşılıqlı razılığa əsasən “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi xəzinədar” peşə ixtisası üzrə Agentlikdən təhsil sənədi əldə etmiş vətəndaşlara “Bravo” supermarketin peşəkar iş mühitində çalışmaqla öz bilik və bacarıqlarını artırmaları üçün imkan yaradılacaq, həmçinin onların işlə təmin edilməsi prosesi asanlaşdırılacaq.

 

Belə ki, qeyri-formal və informal yollarla əldə edilmiş bilik və bacarıqların tanınması məqsədilə keçirilən imtahanlarda məqbul nəticə göstərən və təhsil sənədi əldə edən vətəndaşlara işə qəbul zamanı üstünlük veriləcək.

 

Müqavilədə eyni zamanda “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi xəzinədar” peşə ixtisası üzrə keçiriləcək imtahanlarda “Bravo Supermarket”in səlahiyyətli nümayəndəsinin Qiymətləndirmə Komissiyasına üzv olaraq cəlb edilməsi nəzərdə tutulub.

 

Sonda qeyd edək ki, qeyri-formal və informal yollarla əldə edilən bilik və bacarıqların tanınması məqsədilə keçiriləcək imtahanlarda iştirak etmək üçün qeydiyyat davam edir.