Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Bakı Dövlət Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Müqaviləni Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayib.
Müqavilə çərçivəsində Agentlik tərəfindən Bakı Dövlət Universitetinə səmərəli daxili keyfiyyət təminatı strukturunun qurulması və təhsil proqramlarının beynəlxalq akkreditasiyası üçün əlaqələndirici qismində dəstəyin göstərilməsi nəzərdə tutulub.
Eyni zamanda Bakı Dövlət Universiteti tərəfindən peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsinin həyata keçirilməsi zamanı müstəqil ekspertlərin müəyyənləşdirilməsində Agentliyə dəstəyin göstərilməsi də əməkdaşlıq müqaviləsində öz əksini tapıb.
İmzalalanma mərasimində çıxış edən rektor Elçin Babayev, bildirib ki, TKTA ilə imzalanan müqavilə BDU-da tədris prosesinin keyfiyyətinin daha da artmasına xidmət edəcək: “Agentlik təhsil müəssisələrinin akkreditasiyası, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının tanınması, təhsil fəaliyyətinin lisenziyalaşdırılması və s. kimi mühüm funksiyaları yerinə yetirir. Biz bu müqavilə vasitəsilə TKTA ilə hüquqi əməkdaşlığın əsasını qoyuruq”.
Daha sonra çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova tərəflər arasında imzalanmış əməkdaşlıq müqaviləsinin yalnız ali təhsil sahəsinə deyil, həm də 2022-2026-cı illərdə Azərbaycan Respublikasının strateji inkişaf Strategiyasında da öz əksini tapmış qeyri-formal və informal təhsil formalarını əhatə etməsindən məmnunluğunu ifadə edib.
Sonda xatirə fotosu çəkilib.