16 avqust 2024-cü il tarixində TKTA-nın inzibati binasında keçirilən tədbirdə “Qənnadçı-şirniyyatçı” peşə ixtisası üzrə qiymətləndirmə prosesində uğurlu nəticə əldə etmiş ərizəçilərə peşə ixtisasını təsdiq edən sənədlər təqdim edilib.
Giriş nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov sertifikat sahiblərini bu əlamətdar gün münasibətilə təbrik edib. Qeyd edilib ki, ötən dövr ərzində qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması sahəsində bir sıra işlər görülmüşdür. O, eyni zamanda formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstəyin cəmiyyət üçün əhəmiyyətindən söz açaraq, “Peşəkar qadınlar” layihəsinin əsas məqsədinin qadınların bilik, bacarıq və təcrübələrinin qiymətləndirilməsi yolu ilə onların sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən, rifahının, özünüməşğulluq və dayanıqlı məşğulluq imkanlarının artırılması, gəlir əldə etmək imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarət olduğunu vurğulayıb.
Qeyd edək ki, “Peşəkar qadınlar” layihəsi “PASHA Holding” MMC-in maliyyə dəstəyi həyata keçirilir.
Tədbirin sonunda qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması üzrə sertifikatlar təqdim olunaraq, tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib.