Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən formal təhsilə çıxış imkanı olmayan vətəndaşların “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis” və “Bərbər” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi başa çatdıqdan sonra təltifolunma mərasimi həyata keçirilib.
Bilik və bacarıqları yüksək qiymətləndirilən ərizəçilərə “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis” peşə ixtisası modulları üzrə sertifikatlar, “Bərbər” peşə ixtisası üzrə isə diplom təqdim olunub.